Norveç Neft Fondu Türkiyədəki fond böhranında zərərçəkən olduğunu bəyan edib

09:49 - 23.10.2026


23 Oktyabr, Fineko/abc.az. Dünyanın ən böyük suveren fondu olan Norveç Dövlət Neft Fondu (NBIM) Türkiyənin səhm bazarında yaşanan fond böhranı ilə bağlı açıqlama verib.

Fonun CEO müavini Trond Qrande jurnalistlərə bildirib ki, baş verənlərdə fond təqsirkar deyil, bazardakı manipulyasiyalardan zərər görən tərəfdir. Borsa Istanbul indeksinin sentyabr ayından bəri dəyərinin təxminən üçdə birini itirməsi fonunda, NBIM Türkiyədəki səhm portfelini və xarici menecerlərini yenidən təhlil etməyə başlayıb.

Məlumat üçün bildirək ki, iyunun 30-na olan göstəricilərə görə, Norveç Fondunun Türkiyədəki səhm yatırımlarının həcmi 20,4 milyard Norveç kronu (2,2 milyard dollar) təşkil edir. Türkiyə hüquq-muhafizə orqanları isə bəzi yerli fondların qiymətləri süni şəkildə qaldırması iddiası ilə genişmiqyaslı istintaq aparır.