14:37 - 21.10.2026
21 oktyabr, Fineko/abc.az. Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi limanlarda təkcə dibdərinləşdirmə işlərinin görülməsi ilə kifayətlənməməyi, daha genişmiqyaslı addımların atılmasını tələb edir.
Azərbaycan Ekspeditorlar Assosiasiyası sədrinin müavini və "U.F.E. Shipping" şirkətinin baş icraçı direktoru Elmir Poladov "Avropa İttifaqı – Azərbaycan Biznes Forumu 2026" tədbirində çıxış edərkən bildirib ki, Xəzərə daxil olan suyun həcmi əsasən Volqa çayından asılıdır və hazırda bu axın azalır.
Hər il bir neçə metr dibdərinləşdirmə işləri aparılsa da, suyun səviyyəsi düşdükcə bu tədbirləri təkrar görmək lazım gəlir.
Elmir Poladovun sözlərinə görə, Türkmənistan Orta Dəhliz üçün həm böyük imkanlar, həm də müəyyən çağırışlar yaradır. Türkmənbaşı limanı geniş infrastruktura malik olsa da, yerli ekspeditorların xarici şirkət və agentlərlə əməkdaşlıq təcrübəsi hələ yetərli səviyyədə deyil.
Türkmənbaşı vasitəsilə Çindən Azərbaycana konteyner yüklərinin uğurla daşınması üçün ilk növbədə Türkmənbaşı limanında konteyner terminalı tikilməli, həmçinin Türkmənbaşı ilə Ələt limanı arasında müntəzəm fider gəmiçilik xətti yaradılmalıdır.
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026