Azərbaycanda internet sürəti bu qədər artıb

12:25 - 21.10.2026


21 oktyabr, Fineko/abc.az. Azərbaycanda genişzolaqlı internet şəbəkəsinə çıxış əldə edilib və internetin sürəti 7 dəfə artıb.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə forumunda deyib.

O bildirib ki, Davos Forumunun 2026-cı il hesabatına görə, kiberdələduzluq qlobal iqtisadiyyata hər il təxminən 1,1 trilyon dollar zərər vurur:

“Sorğu iştirakçılarının 73 faizi son bir ildə özünün və ya yaxınlarının kiberdələduzlarla üzləşdiyini deyib. Bu kontekstdə Milli Kibertəhlükəsizlik Agentliyinin rolu xüsusi vurğulanmalıdır. Agentliyin əsas missiyalarından biri də vətəndaşlara kiberdələduzluq sxemlərini və rəqəmsal təhlükələri vaxtında tanımağı öyrətməkdir”.