"Apple" Çin bazarında süni intellekt texnologiyaları üçün "Alibaba" ilə əməkdaşlıq edəcək

16:23 - 19.10.2026


19 Oktyabr, Fineko/abc.az. ABŞ-ın "Apple" korporasiyası uzun sürən tənzimləmə ləngimələrindən sonra "Apple Intelligence" süni intellekt funksiyalarını Çin bazarına çıxarmağa hazırlaşır.

"Bloomberg"in məlumatına görə, "Apple" gələn həftə Çində təqdim edəcəyi ilk qatlanan (foldable) smartfon modelində "Alibaba" şirkətinin süni intellekt texnologiyalarından istifadə edəcək.

Şirkət bu addımı dünyanın ən böyük smartfon bazarında "Huawei" kimi yerli rəqiblərlə mübarizədə mühüm üstünlük kimi dəyərləndirir. Eyni zamanda, bazar yeni iştirakçıların daxil olması ilə daha da kəskinləşir: Çinin "StepFun" İİ şirkəti 600 dollar dəyərində daxili süni intellekt agentinə malik yeni smartfonunu təqdim edib.