10:08 - 20.10.2026
20 Oktyabr, Fineko/abc.az. Nvidia tərəfindən dəstəklənən bulud infrastrukturu təchizatçısı "Nscale", süni intellekt hazırlayan "Anthropic" şirkəti ilə təxminən 45 milyard dollar dəyərində hesablama gücünün təmin edilməsinə dair müqavilə ilə bağlı danışıqlar aparır.
Saziş, Qərbi Virciniyada yerləşən "Monarch" məlumat mərkəzinin, ən son "Nvidia Vera Rubin" çiplərinə əsaslanan və 460 MVt gücə malik ikinci mərhələsinin işlənib hazırlanmasını nəzərdə tutur.
Bu razılaşma "Nscale" şirkətinin planlaşdırılan IPO (ilkin kütləvi təklif) ərəfəsində mövqeyini gücləndirəcək, "Anthropic" şirkətini isə "Claude" modelini daha da inkişaf etdirmək üçün zəruri resurslarla təmin edəcək.
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026