12:24 - 21.10.2026
21 Oktyabr, Fineko/abc.az. Dünyanın aparıcı vizual məzmun şirkətlərindən biri olan "Getty Images" maliyyə vəziyyətini sağlamlaşdırmaq və borclarını yenidən strukturlaşdırmaq məqsədilə ABŞ-da "Chapter 11" müflisləşmə müdafiəsi üçün məhkəməyə müraciət edib.
Delaver ştatının Müflisləşmə Məhkəməsinə edilən müraciət çərçivəsində şirkət fəaliyyətini adət olunmuş qaydada davam etdirəcək. Plana əsasən, Qetti (Getty) ailəsi və "Koch Equity Development" şirkətə 533 milyon dollara qədər investisiya yatıracaq, 270 milyon dollarlıq təminatsız istiqraz borcu ödəniləcək. Prosesin ilin sonunadək yekunlaşması, şirkətin birjadan çıxaraq özəl status alması gözlənilir.
Qeyd edək ki, "Getty Images"in cari ilin iyul ayında "Shutterstock" ilə 3,7 milyard dollarlıq birləşmə sövdələşməsi pozulmuşdu. Şirkətin ikinci rüb üzrə xalis zərəri 85,8 milyon dollar, ümumi borcu isə 2,1 milyard dollar təşkil edib.
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026