Azərbaycanın neft-qaz sektoruna sərmayələr 16%-dək artıb

15:41 - 14.09.2023


14 sentyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın neft-qaz sektoruna 3 766 mln. manat həcmində vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bu da illik 15,9% çox deməkdir.

Məlumata görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 3 249,8 mln. manat səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 400,4 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,3% azdır.