Neft bahalaşır, Brent bir barel üçün $92,37 təşkil edir

09:20 - 14.09.2023


14 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı keçirilən hərracda yüksəlir.

Londonun ICE Futures birjasında Brent markalı noyabr neft fyuçerslərinin qiyməti saat 09:18-ə qədər $0,49 (0,53%) artaraq bir barel üçün $92,37-ə çatıb. Sentyabrın 13-də Brent markalı neftin noyabr fyuçersləri $0,18 (0,20%) ucuzlaşaraq bir barel üçün $91,88-ə düşüb.

Saat 09:18-ə qədər Nyu–York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin oktyabr fyuçerslərinin dəyəri $0,52 (0,59%) artaraq bir barel üçün $89,14-ə çatıb. 13 sentyabr ticarətinin nəticələrinə görə, WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $0,32 (0,36%) azalaraq bir barel üçün $88,52-ə düşüb.