Neft bahalaşır, Brent bir barel üçün $85,27 təşkil edir

09:22 - 21.08.2023


21 avqust, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən həftənin sonunda artdıqdan sonra bazar ertəsi günü hərracda yüksəlir.

London İCE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti saat 09:18-ə qədər $0,47 (0,55%) artaraq bir barel üçün $85,27-a çatıb. Avqustun 18-də Brent markalı neftin oktyabr ayı üçün fyuçersləri $0,68 (0,81%) artaraq bir barel üçün $84,80-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin oktyabr fyuçerslərinin dəyəri saat 09:18-ə qədər $0,45 (0,56%) artaraq bir barel üçün $81,11-a çatdı. Avqustun 18-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $1,42 (1,88%) artaraq bir barel üçün $80,66-a çatıb.

Ötən həftə Brent markalı neft 2,32%, WTI isə 2,31% bahalaşıb.