11:37 - 7.04.2023
7 aprel, Fineko/abc.az. Dövlət Neft Fondu (ARDNF) ''Şahdəniz'' qaz və kondensat yatağından (qaz və kondensat satışından) əldə etdiyi gəlirlərini açıqlayıb.
ARDNF-dən ABC.AZ-a verilən məlumata görə, Şahdəniz yatağından (qaz və kondensat) yanvarın 1-dən aprelin 1-dək 646,359 mln. ABŞ dolları məbləğində gəlir əldə edib.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər yanvarın 1-dən aprelin 1-dək 128,166 mln. ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Şahdəniz yatağından (qaz və kondensat) yanvarın 1-dən martın 1-dək gəlirləri 534,751 mln. ABŞ dolları təşkil edib. Həmçinin, Şahdəniz yatağı üzrə kondensatın satışından yanvarın 1-dən martın 1-dək 58,069 mln. ABŞ dolları gəlir əldə olunub.
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026