Əlilliyə görə pensiya alanların sayı azalıb, müavinət alanlar isə artıb

11:03 - 27.10.2026


27 oktyabr, Fineko/abc.az. Azərbaycanda 2026-cı ilin sentyabr ayında əlilliyə görə pensiya alanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% azalaraq 239 971 nəfərə düşüb.

Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, 2025-ci ilin sentyabrında bu göstərici 253,1 min nəfərdən çox olub və beləliklə, il ərzində əlilliyə görə pensiya alanların sayı ən azı 13,1 min nəfər azalıb.

Pensiya alanların sayında azalma qeydə alınsa da, əlilliyə görə aylıq müavinət və Prezident təqaüdü alanların sayında artım müşahidə edilib.

Belə ki, 2026-cı ilin sentyabrında əlilliyə görə aylıq müavinət alanların sayı 1,4% artaraq 224 173 nəfərə (ötən il 221,1 min nəfər), Prezident təqaüdü alanların sayı isə 2,6% artaraq 92 146 nəfərə (ötən il 89,8 min nəfər) yüksəlib.