10:16 - 28.11.2023
28 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə ixrac edilən qazın həcmi açıqlanıb.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, sözügedən dövrdə Azərbaycandan Türkiyəyə ümumilikdə 7 milyard 890,4 milyon kubmetr təbii qaz ixrac edilib.
Məlumata görə, bu, 2022-ci ilin ilk 9 ayı ilə müqayisədə 23.1% çoxdur.
Bu ilin sentyabr ayında Azərbaycan Türkiyəyə 888,52 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 25.06% çoxdur.
Bununla da sentyabrda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 27%-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Türkiyə Azərbaycandan 710,48 milyon kubmetr təbii qaz idxal edib.
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
22 Oktyabr 2026
21 Oktyabr 2026
22 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
22 Oktyabr 2026