16:34 - 12.07.2023
12 iyul, Fineko/abc.az. 2023-cü ilin birinci yarısında Azərbaycanda yanacaq istehlakçıları 1 milyard 471,3 milyon manat (cari məzənnə ilə $865,5 milyon - İF) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 8,1% çoxdur.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,6 % gəlir əldə edilib.
2022-ci ildə Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 768,7 milyon manat (cari məzənnə ilə $1 milyard 628,6 milyon) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar ki, bu da 2021-ci ilin göstəricisindən 7,9% çoxdur.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 2 manat, “Super Euro-98” markalı benzinin 1 litri 2,3 manat, Aİ-92 markalı benzinin 1 litri 1 manat, dizel yanacağının 1 litri 0,8 manat təşkil edir.
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
22 Oktyabr 2026
21 Oktyabr 2026