14:58 - 27.10.2026
27 Oktyabr, Fineko/abc.az. Son iki ay ərzində Çin ev təsərrüfatlarının qızıla olan marağı kəskin artıb. Buna qiymət korreksiyası və fond bazarının cəlbediciliyinin azalması səbəb olub. Bu amil qlobal qızıl qiymətlərinə ciddi dəstək verərək, onların hər unsiya üçün 4000 dollar səviyyəsində qalmasına kömək edib.
Ötən həftə Şanxay Qızıl Birjasında fiziki "Au99.99" müqaviləsi üzrə ticarət həcmi 43 milyon lota (təxminən 430 ton) yüksəlib ki, bu da aprel ayından bəri qeydə alınan ən yüksək göstəricidir.
"Jinrui Futures" analitiklərinin fikrincə, daşınmaz əmlak bazarındakı durğunluq və Çin səhmlərinin dəyərində 2,4 trilyon dollarlıq azalma investorları daha təhlükəsiz (müdafiə xarakterli) investisiyalara yönəlməyə sövq edir. Bu ilin ilk doqquz ayı ərzində qızıl yığımı hesabları vasitəsilə həyata keçirilən alışlar, artıq 2025-ci ilin tamamı üçün nəzərdə tutulan ümumi göstəricini üstələyib.
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026