15:21 - 27.10.2026
27 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, ölkədə fəaliyyət göstərən banklar 2026-cı ilin yanvar-sentyabr aylarında haqq və komissiya yığımlarından 344,4 milyon manat gəlir əldə ediblər.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2% və ya 26 milyon manat çoxdur. Qeyd edək ki, 2025-ci ilin ilk doqquz ayında bank sektorunun komissiya gəlirləri 318,4 milyon manat təşkil etmişdi.
Cari ilin ilk doqquz ayının yekunlarına görə, bank sektorunun ümumi maliyyə göstəriciləri də yüksək artım dinamikası nümayiş etdirib.
Hesabat dövründə banklar tərəfindən 1 milyard 697,2 milyon manat məbləğində əməliyyat mənfəəti formalaşıb ki, bunun da nəticəsində bölüşdürülməmiş xalis mənfəət 1 milyard 81,8 milyon manata çatıb.
Banklar qazanılan bu gəlirlər müqabilində dövlət büdcəsinə ümumilikdə 270,8 milyon manat məbləğində mənfəət vergisi ödəyiblər.
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
27 Oktyabr 2026