Bankların 9 ayda kreditlər üzrə faiz gəlirləri 3 milyard 380 milyon manat olub

15:45 - 27.10.2026


27 oktyabr, Fineko/abc.az. Azərbaycandakı bankların 2026-cı ilin yanvar-sentyabr ayında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu ilin ilk 9 ayında bankların kreditlər üzrə faiz gəlirləri 3 milyard 380 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 493 milyon manat və ya 17% çoxdur.

Bankların 2025-ci ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 2 milyard 887 milyon manat təşkil etmişdir.

Cari ilin yanvar-sentyabr ayında faizlər üzrə xərcləri isə 1 milyard 548 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.