Qızılın qiyməti 4 010 dollara gerilədi — Investorlar FED-in faiz qərarını gözləyir

10:24 - 27.10.2026


27 Oktyabr, Fineko/abc.az. ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu həftə keçiriləcək faiz qərarı öncəsi investorların ehtiyatlı mövqe tutması nəticəsində qızılın qiyməti geriləyib.

Spot qızıl 0,2% ucuzlaşaraq bir unsiyası 4 010,39 dollara, ABŞ-ın qızıl fyuçersləri isə 0,4% itki ilə 4 023,57 dollara düşüb.

Digər metallardan gümüş 53,96 dollar, platin isə 1 529,27 dollar səviyyəsinə geriləyib. Bazar iştirakçıları çərşənbə günü açıqlanacaq FED-in faiz qərarına diqqət yetirirlər.