10:40 - 23.10.2026
23 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi “ASAN xidmət” mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 36 lisenziya verib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % çoxdur. Bundan başqa, 9 ay ərzində Naxçıvanda müvafiq qurumların verdiyi 5 662 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 130 min manat vəsait daxil olub.
Hesabat dövründə Muxtar Respublikada yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 212 layihə icra olunub. Bu layihələrdən 40-ı yeni yaradılma, 172-si isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda, 39-u yaradılma və 48-i genişləndirmə olmaqla, ümumilikdə 88 layihənin icrası davam etdirilib.
Layihələrin maliyyələşdirilməsi dövlət dəstəyi və özəl investisiyalar hesabına həyata keçirilib. İcra olunan 212 layihədən 191-i Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılıb.
©Report
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
22 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026