Qızılın qiyməti 4.158 dollara yüksəlib

10:08 - 15.10.2026


15 Oktyabr, Fineko/abc.az. ABŞ dollarının zəifləməsi fonunda qızılın qiyməti 1%-dən çox bahalaşaraq ötən seansda qeydə alınan birhəftəlik minimum səviyyədən sonra yenidən toparlanıb.

Birjada spot qızılın bir unsiyası 1.3% artımla 4 158,63 ABŞ dollarına, dekabr fyuçersləri isə 1.8% dəyər qazanaraq 4 180 dollara yüksəlib.

Diğər qiymətli metallardan gümüş 56,26 dollar (1.1% artım), platin 1 611,15 dollar (0.3% artım) və paladium 1 107,83 dollar (1.3% artım) səviyyəsində qərarlaşıb.