Qızıl 4160 dollar səviyyəsinə mövqeyini qoruyub

11:11 - 16.10.2026


16 Oktyabr, Fineko/abc.az. ABŞ Xəzinə istiqrazlarının gəlirliliyinin azalması və fond bazarındakı kütləvi satışlar fonunda kapitalın "etibarlı sığınacaq" hesab edilən aktivlərə yönəlməsi nəticəsində, qızıl qiymətləri cümə axşamı son iki həftənin ən güclü gündəlik artımından sonra sabit qalır. Bir unsiyasının qiyməti 4160 dollar səviyyəsi ətrafında dəyişir.

Həmçinin gümüş 57,13 dollara geriləyib, platin və paladium qiymətləri isə sabit qalıb.