Azərbaycanda dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin ortalama 2.2% olacağı gözlənilir

10:37 - 16.10.2026


16 oktyabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin açıqladığı proqnozlara əsasən, 2027–2030-cu illərdə dövlət büdcəsi kəsirinin ümumi daxili məhsula (ÜDM) nisbətinin ortalama 2,2 faiz təşkil edəcəyi gözlənilir.

2027-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 146 milyon manat proqnozlaşdırılır. Növbəti illərdə isə bu göstəricinin 2028-ci ildə 3 milyard 342 milyon manat, 2029-cu ildə 3 milyard 554,1 milyon manat və 2030-cu ildə 3 milyard 659,5 milyon manat olacağı gözlənilir.

Eyni zamanda, 2027-ci ildə 2 milyard 757,9 milyon manat təşkil edəcəyi gözlənilən icmal büdcə kəsirinin 2030-cu ilə qədər kəskin azalaraq 442,2 milyon manat səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.