10:18 - 21.12.2023
21 dekabr, Fineko/abc.az. Türkiyə Azərbaycandan bu ilin ilk 11 ayında idxal etdiyi xam neftin həcmini iki dəfə (99.7%) artırıb.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinin statistik bülletenində qeyd edilib.
2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Türkiyəyə 1 milyon 172.89 min tonluq xam neft satıb. Xam neftin satış dəyəri ümumilikdə $661.53 milyon təşkil edib.
Dünya birjalarında xam neftin dəyəri azaldığı üçün bu il Türkiyəyə satılan xam neftin bir tonu 12% daha ucuz $564.01-ə satılıb. Ötən orta qiymət $639.34/ton idi.
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026