09:30 - 27.11.2023
27 noyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti bazar ertəsi keçirilən hərracda enməyə davam edir.
Londonun ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti saat 09:25 – ə qədər $0,73 (0,91%) - bir barel üçün $79,85-a düşdü. Noyabrın 24 - də Brent markalı neftin yanvar fyuçersləri $0,84 (1,03%) azalaraq bir barel üçün $80,58-a enib.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti saat 09:25 – ə qədər $0,73 (0,97%) azalaraq bir barel üçün $77,55-a düşüb. Noyabrın 24 – də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçerslərinin qiyməti $0,86 (1,13%) azalaraq bir barel üçün $75,54-a düşüb.
Ötən həftə Brent markalı neft 0,04%, WTI isə 0,66% ucuzlaşıb.
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
22 Oktyabr 2026
21 Oktyabr 2026
22 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026