10:05 - 12.07.2023
12 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 12 mlrd. kubmetr qaz ixrac olunub, bu da illik müqayisədə 7,5% çoxdur.
ABC.AZ xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.
Qeyd olunur ki, hesabat dövründə Avropaya 5,7 mlrd. kubmetr, Türkiyəyə 5 mlrd. kubmetr, Gürcüstana isə 1,3 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə Trans-Anadolu küçüri (TANAP) Türkiyəni 2,8 mlrd. kubmetr qazla təchiz edib.
“Yanvar-iyun aylarında qaz ixracı 7,5% artıb. Avropaya 5,7 mlrd.m3, Türkiyəyə 5 mlrd.m3, Gürcüstana isə 1,3 mlrd.m3 qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 2,8 mlrd.m3 qazla təchiz edib”, - paylaşımda bildirilir.
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
22 Oktyabr 2026
21 Oktyabr 2026
22 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026