Beş ayda elektrik enerjisi ixracda birinci olub

14:26 - 24.06.2023


24 iyun, Fineko/abc.az. 2023-cü ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  elektrik enerjisi (313,9 milyon ABŞ dolları) birinci olub.

ABC.AZ “İxrac icmalı”nın iyun sayına istinadla xəbər verir ki, bu siyahıda pomidor (tomat) (91,5 milyon ABŞ dolları) ikinci, ilkin formalı polipropilen (57,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.