10:32 - 9.03.2022
9 mart, Fineko/abc.az. Bildiyiniz kimi Rusiyaya tətbiq edilən sanksiyalar, böyük şirkətlərin şimal qonşumuzda fəaliyyətini dayandırması davam edir.
ABC.AZ xəbər verir ki, Böyük Britaniyanın transmilli neft-qaz şirkəti “British Petroleum” (BP) Rusiyadan neft və qaz alışına dair yeni əqdlər bağlamamaq niyyətini bəyan edib. Bu barədə şirkətdən bildirilib.
Yeganə istisna hal kimi istehlakçılara enerji daşıyıcılarının tədarükünün təhlükəsizliyinə təhdid yaranması ola bilər.
Qeyd edək ki, bundan əvvəl digər Britaniya şirkəti “Shell” də Rusiyadakı bütün neft-qaz layihələrində iştirakdan imtina etdiyini bildirmişdi.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
15 Oktyabr 2026