16:59 - 27.10.2026
27 oktyabr, Fineko/abc.az. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklər müzakirə edilib. Layihəyə əsasən, dövlət xidmətlərinin göstərilməsi zamanı vətəndaşların elektron xidmətlər, ödəniş imkanları və imtina səbəbləri barədə məlumatlandırılmaması, xidmətlərin vaxtında təqdim edilməməsi, əlilliyi olan şəxslərə səyyar xidmət göstərilməməsi və məlumatların Elektron Reyestrə daxil edilməməsi kimi hallara görə vəzifəli şəxslər 250 manatdan 1000 manatadək cərimə olunacaqlar.
Sənəddə məhkəmə ekspertizası sahəsində də ciddi санкsiyalar nəzərdə tutulur.
Belə ki, Reyestrə daxil edilmədən məhkəmə ekspertizası ilə məşğul olanlar və ya adında bu sözlərdən qanunsuz istifadə edənlər 2000-3000 manat cərimələnəcək.
Ekspertə təsir göstərməyə və mane olmağa görə 300 manatdan 900 manatadək, zəruri etalon nümunələrini və texniki məlumatları ekspertiza idarəsinə təqdim etməyənlərə görə isə 1000 manatdan 3000 manatadək cərimə tətbiq olunacaq.
Qeyd olunan inzibati məsuliyyət tədbirləri əməllər cinayət tərkibi yaratmadıqda qüvvəyə minəcək.
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
27 Oktyabr 2026