Azərbaycan bitki yağları üzrə özünü neçə faiz təmin edə bilir?

14:47 - 23.10.2026


23 oktyabr, Fineko/abc.az. Azərbaycanda sənaye emalından keçmiş əsas ərzaq məhsulları üzrə özünü təminetmə səviyyəsində dəyişikliklər qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd edilib.

Açıqlanan statistik göstəricilərə görə, yerli zeytun yağı istehsalında kəskin artım dinamikası müşahidə olunur.

Belə ki, zeytun yağı üzrə özünü təminetmə səviyyəsi 2020-ci ildəki 31,5% göstəricidən son illərdə iki dəfədən çox artaraq 2025-ci ildə 73,6%-ə yüksəlib.

2021-ci ildə 73,2% göstərici ilə maksimum həddə çatan bitki yağları üzrə özünü təminetmə səviyyəsi sonrakı illərdə dəyişkən dinamika göstərərək 2025-ci ildə 52,4%-ə enib.

Marqarin üzrə özünü təminetmə səviyyəsi 2020-ci ildə 98,6%, 2021-ci ildə 99,6%, 2022-ci ildə 99,3%, 2023-cü ildə 99,2%, 2024-cü ildə 97,7% və 2025-ci ildə 94,4% təşkil edib.