14:11 - 23.10.2026
23 oktyabr, Fineko/abc.az. Milli Məclisin oktyabrın 23-də keçirilən iclasında “Dövlət satınalmaları haqqında” Qanuna təklif olunan dəyişiklik layihəsi üçüncü oxunuşda təsdiqlənib.
Dəyişikliyə əsasən, dövlət orqanlarının idarəetməsində olan dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslərin (eləcə də onların təsisçisi olduğu qurumların) öz daxili maliyyə vəsaitləri hesabına həyata keçirdikləri satınalmalara "Dövlət satınalmaları haqqında" Qanun şamil edilməyəcək.
Yeni qaydaya görə, bu növ satınalmaların aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən ayrıca təsdiqlənəcək.
Büdcə vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanətli kreditlər, qrantlar və büdcədənkənar dövlət fondlarının vəsaitləri hesabına edilən satınalmalar isə əvvəlki kimi ümumi qanunvericiliklə tənzimlənməyə davam edəcək.
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
22 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026