“Aztelekom” internet qiymətlərinin artırılmasını təklif etdi, Antiinhisar rədd etdi

10:13 - 23.10.2026


23 oktyabr, Fineko/abc.az. Azərbaycanda internet tariflərinin yenidən artırılması təşəbbüsünə razılıq verilməyib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Aztelekom”un minimum internet sürətinin və buna uyğun aylıq ödənişin artırılması barədə müraciətini rədd edib.

Bu barədə açıqlamanı informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz verib.

Xatırladaq ki, 15 avqust 2024-cü ildə minimum internet paketi 40 Mbit/s sürət və 18 manatlıq tarifdən 100 Mbit/s sürət və 25 manatlıq tarifə keçirilmişdi. Nəticədə minimum aylıq ödəniş təxminən 39 faiz artmışdı.