Dünyanın varlıları qızıllarını saxlamaq üçün Sinqapura daşıyır

11:16 - 22.10.2026


22 Oktyabr, Fineko/abc.az. Qlobal müharibələr, artan dövlət borcları və siyasi qeyri-müəyyənliklər səbəbindən varlı investorlar fiziki qızıllarını Sinqapurdakı xüsusi anbarlarda saxlamağa üstünlük verirlər.

"Bloomberg"in məlumatına görə, ABŞ, Avropa və Yaxın Şərqdən olan investorlar riskləri bölüşdürmək üçün aktivi bu Asiya ölkəsinə yönəldir.

"J. Rotbart & Co." şirkətinin hesablamalarına əsasən, Sinqapurdakı özəl qızıl ehtiyatları 2014-cü ildən bəri 16 dəfə artaraq 800 metrik tonu keçib. "Silver Bullion" şirkətində saxlanılan xarici müştəri qızılları isə 2020-ci ildən bəri 3 dəfə artaraq 8,6 tona çatıb.

Sinqapur hökuməti bu axından istifadə edərək ölkəni Honkonqla rəqabətdə regional qızıl ticarəti mərkəzinə çevirməyi hədəfləyir.