11:58 - 19.10.2026
19 Oktyabr, Fineko/abc.az. Avropada təbii qazın qiyməti Hörmüz boğazı yaxınlığında tankerlərə hücumlar, LNG tədarükünün ləngiməsi və anbarlardakı aşağı doluluq səviyyəsi səbəbindən yüksəlməkdə davam edir.
Niderlandın TTF mərkəzində etalon fyuçers müqavilələrinin qiyməti 0,7% artaraq 1 meqavat-saat üçün 88,12 avroya çatıb ki, bu da 2022-ci ilin dekabrından bəri ən yüksək göstəricidir.
Hazırda Avropanın qaz anbarlarının doluluq dərəcəsi 74%-dən bir qədər yuxarıdır. Bu göstərici 5 illik mövsümi ortalamadan (89%) xeyli aşağıdır. "Bloomberg Intelligence" analitiklərinin qiymətləndirməsinə görə, qış tələbatının artması və Asiya ilə LNG uğrunda rəqabətin kəskinləşməsi fonunda qiymətlərin 1 meqavat-saat üçün 102 avroya qədər qalxmaq potensialı var.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026