10:38 - 14.10.2026
14 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin birinci yarısı üzrə “Maliyyə Sabitliyi Hesabatı”na əsasən, bu ildən tətbiq edilən yeni metodologiya ilə aparılan hesablamalar qorunan əmanətlər üzrə maksimal faiz həddinin dəyişdirilməsinə ehtiyac yaratmayıb.
Yeni yanaşmaya görə, manatla qorunan əmanətlərin faiz həddi bazardakı real depozit dərəcələrinə uyğunlaşdırılır.
Belə ki, AMB ildə iki dəfə 9 aydan 3 ilədək müddətə yerləşdirilmiş fərdi əmanətlər üzrə sektorun orta faiz göstəricisini hesablayır və alınan nəticəyə 2 faiz bəndi əlavə edərək Əmanətlərin Sığortalanması Fonduna təqdim edir.
2025-ci ilin son altı ayında manatla uzunmüddətli əmanətlər üzrə orta bazar faizi 10% təşkil etdiyindən, Fondun Himayəçilik Şurası 28 yanvar 2026-cı il tarixində manat əmanətləri üzrə maksimal həddi 12% səviyyəsində saxlamağı qərara alıb.
Qeyd edək ki, xarici valyutada olan əmanətlər üzrə 2.5%-lik üst hədd dəyişməz qalır və bu rəqəmlər bankların verdiyi sabit faiz yox, əmanətin sığortalanması üçün nəzərdə tutulan maksimal illik dərəcələrdir.
Sığorta hadisəsi baş verdikdə isə Fond hər bir fərdi əmanətçiyə iştirakçı banklar üzrə 100 min manatadək kompensasiya ödəyir.
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026