Naxçıvanda aktiv obyektlərin sayı 21,7 faiz artıb

12:21 - 12.10.2026


12 oktyabr, Fineko/abc.az. Bu il oktyabrın 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 11,5 % artaraq 24 937-yə çatıb.

Aktiv ƏDV ödəyicilərinin sayı isə 9,8 % artaraq 657 olub.

Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı da artıb. Belə ki, bu göstərici ilin əvvəli ilə müqayisədə 21,7 % yüksələrək 7 414 təşkil edib.