16:15 - 14.03.2023
14 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 206,9 milyon manat vəsait yönəldilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 60,1% çoxdur.
Son 1 ildə neft-qaz sektoruna investisiyalar 2,4 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 2,3 dəfə artıb.
2 ay ərzində istifadə olunmuş vəsaitin 1 125,5 milyon manatı və yaxud 51 %-i məhsul istehsalı sahələrinə, 968,5 milyon manatı və yaxud 43,9 %-i xidmət sahələrinə, 112,9 milyon manatı və yaxud 5,1 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 1 657,3 milyon manatını və yaxud 75,1 %-ni daxili vəsaitlər təşkil edib, 1 626,4 milyon manatı və yaxud 73,7 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 44,8 %, büdcə vəsaitləri 42,9 %, əhalinin şəxsi vəsaitləri 6,6 %, bank kreditləri 1,8 %, sair vəsaitlər isə 3,9 % paya malik olub.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026