"Google Cloud"da çöküş: Bank sistemləri və fintex tətbiqləri sıradan çıxdı

16:53 - 20.10.2026


20 Oktyabr, Fineko/abc.az. "Google Cloud" platformasının Qərbi Avropadakı obyektlərində, xüsusilə Böyük Britaniyanın London şəhərində yerləşən "europe-west2" regionunda ciddi şəbəkə kəsintiləri və texniki nasazlıqlar yaşanır.

Məlumata görə, elektrik enerjisində yaranan problem səbəbindən "BigQuery", "Cloud Storage", "Google Kubernetes Engine" və "Cloud Run" da daxil olmaqla çoxsaylı bulud xidmətlərinin fəaliyyətində fasilələr yaranıb. Nasazlıq maliyyə-texnologiya (fintex) və bank sektoruna da mənfi təsir göstərib. Böyük Britaniyanın "Revolut" neobankının və "Halifax" bankının istifadəçiləri tətbiqlərə daxil olmaqda çətinlik çəkirlər.

"Google Cloud"dan verilən açıqlamada "europe-west2" zonalarında yaranan problemin təsirlərinin aradan qaldırılması və xidmətlərin bərpası istiqamətində işlərin davam etdirildiyi bildirilib.