2027-ci ildə Azərbaycanın dövlət borcuna xidmət xərcləri 2,2 mlrd manat təşkil edəcək

11:49 - 16.10.2026


16 oktyabr, Fineko/abc.az. 2027-ci ildə Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna xidmətlə bağlı 2 milyard 200 milyon manat xərcin çəkiləcəyi proqnozlaşdırılır.

Maliyyə Nazirliyinin hazırladığı 2027–2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsinə (OMXÇ) əsasən, bu məbləğin 1 milyard 427,5 milyon manatını xarici dövlət borcu üzrə xərclər təşkil edəcək.

Xarici borc xərclərinin 1 milyard 63,5 milyon manatı əsas borc ödənişlərinin, 364 milyon manatı isə faiz xərclərinin payına düşəcək. Eyni zamanda, daxili dövlət borcuna xidmət üçün 137,2 milyon manat əsas, 635,3 milyon manat isə faiz xərcləri nəzərdə tutulur.

 Ümumilikdə dövlət borcu üzrə proqnozlaşdırılan faiz xərclərinin cəmi 993 milyon manat olacaq.