10:10 - 16.10.2026
16 oktyabr, Fineko/abc.az. Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən növbəti Kollegiya iclasında kənar dövlət maliyyə nəzarəti tədbirlərinin icra vəziyyəti, monitorinqlərin aparılması və Əmək Məcəlləsi daxil olmaqla hüquqi aktlardakı dəyişikliklərin qurumun fəaliyyətində nəzərə alınması məsələləri müzakirə edilib.
İclasda, hemçinin Hesablama Palatasında həyata keçirilməsi nəzərdə tutulan struktur dəyişiklikləri üzrə layihə təqdim olunub və onun qurumun qarşısında duran vəzifələrin icrasındakı önəmi vurğulanıb.
Sonda Palata sədri nəzarət tədbirləri üzrə yarımçıq qalmış işlərin tamamlanması və qarşıda duran tapşırıqların keyfiyyətlə icra edilməsi üçün müvafiq tapşırıqlar verib.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
15 Oktyabr 2026