10:32 - 15.10.2026
15 Oktyabr, Fineko/abc.az. "Apple" şirkəti "iPhone" və "Apple Watch" cihazlarındakı toxunma hissiyyatı ("Taptic Engine") texnologiyasına görə "Taction Technology" şirkətinə uduzduğu 5,7 milyard dollarlıq patent davasının ləğvi üçün məhkəməyə müraciət edib.
ABŞ tarixinin ən yüksək patent tazminatı hesab edilən bu qərarın "heç bir sübuta dayanmadığını" bildirən texnologiya giqantı, San Diyeqodakı federal məhkəmədən qərarın ləğv olunmasını tələb edib.
Qeyd edək ki, "Taction Technology" "Apple"a qarşı iddianı 2021-ci ildə qaldırıb. Məhkəmə münsiflər heyəti isə sentyabrın 25-də "Apple"ın iki patenti pozduğu qənaətinə gələrək bu rekord cərimə qərarını çıxarmışdı.
15 Oktyabr 2026
15 Oktyabr 2026
15 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
14 Oktyabr 2026