OPEC 2027-ci il üçün neft tələbatı proqnozunu yüksəltdi — Ehtiyatların bərpası zərurəti yaranıb

16:30 - 13.10.2026


13 Oktyabr, Fineko/abc.az. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) aylıq hesabatında 2027-ci il üçün qlobal neft tələbatının artımı üzrə proqnozunu sutkada 2,6 milyon barelə (əvvəlki proqnoz: 2,4 milyon barel/gün) qaldırıb.

Təşkilat bu qərarı İran müharibəsi səbəbindən kəskin azalan qlobal neft ehtiyatlarının yenidən bərpa edilməsi zərurəti ilə əsaslandırıb.

Bununla yanaşı, OPEC 2026-cı il üçün qlobal tələbatın artımı proqnozunu dalbadal 6-cı dəfə azaldaraq sutkada 0,2 milyon barelə (və ya 200 min barel/gün) endirib. Digər tərəfdən, OPEC+ alyansı sentyabr ayında hasilatı artırıb; Səudiyyə Ərəbistanı avqust ayı ilə müqayisədə hasilatı sutkada 2 milyon bareldən çox artıraraq 8,372 milyon barelə çatdırdığını bəyan edib.