Yaponiyaya aid tankerlər aylardan sonra Yaxın Şərqə qayıdır — Birbaşa neft daşımaları bərpa olunub

14:19 - 13.10.2026


13 Oktyabr, Fineko/abc.az. Fevral ayında hərbi əməliyyatların başlamasından bəri ilk dəfə olaraq Yaponiyaya aid neft tankerləri Yaxın Şərq neftini birbaşa region limanlarından daşımağa başlayıb. Bəsrə körfəzində davam edən münaqişə səbəbindən Yaponiyanın neft emalı şirkətləri və gəmi sahibləri risklərdən qaçaraq 7 aydan çox Hindistan və Cənub-Şərqi Asiya sahıllərində gəmidən-gəmiyə (STS) ötürmə üsuluna üstünlük verirdilər.

Gəmi izləmə məlumatlarına görə, "Idemitsu Kosan" şirkətinə məşxsus "Idemitsu Maru" supertankeri Omandan tam tutumla yük götürərək artıq Yaponiyaya çatıb.

Eyni zamanda, yapon operatorlar Yaxın Şərq sularında gəmidən-gəmiyə transfer həcmlərini də artırıblar; oktyabrın əvvəlinədək bu yolla təxminən 3.7 milyon barel neft daşınıb ki, bu da bütün sentyabr ayının göstəricisinə (4 milyon barel) yaxındır.