Təhsil sistemində süni intellektə 1,27 milyon manat xərclənəcək

14:24 - 12.10.2026


12 oktyabr, Fineko/abc.az. Təhsil sistemində süni intellektin tətbiqinə 1,27 milyon manat ayrılır.

Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması üzrə müqavilə bağlayıb.

Xidmətlərin göstərilməsi “B2B Group” MMC-yə həvalə olunub.

Müqavilənin dəyəri 1 274 400 manat təşkil edir.