12:34 - 10.08.2023
10 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Azərbaycanda əsas kapitala 9 114,9 milyon manat və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8 % çox vəsait yönəldilib.“
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 15 %, qeyri-neft-qaz sektoruna investisiyalar isə 24,3 % artıb.
Cari ilin yanvar-iyul aylarında istifadə olunmuş vəsaitin 5 045 milyon manatı və yaxud 55,3 %-i məhsul istehsalı sahələrinə, 3 600,5 milyon manatı və yaxud 39,5 %-i xidmət sahələrinin, 469,4 milyon manatı və yaxud 5,2 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 877,5 milyon manatını və yaxud 75,5 %-ni daxili vəsaitlər təşkil edib, 6 679 milyon manatı və yaxud 73,3 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 44,7 %, büdcə vəsaitləri 39,7 %, əhalinin şəxsi vəsaitləri 6,7 %, bank kreditləri 3,0 %, sair vəsaitlər isə 5,9 % paya malik olub.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026