15:09 - 7.10.2020
7 oktyabr, Fineko/abc.az. Qonşuluğumuzda baş verən bu müharibə Gürcüstan üçün böyük bir riskdir.
ABC.AZ-ın məlumatına görə, bu sözləri Gürcüstanın baş naziri Giorgi Qaxaria Dağlıq Qarabağdakı vəziyyəti şərh edərkən deyib.
O qeyd edib ki, sülhün bərqərar olmasına töhfə vermək üçün əlimizdən gələni edəcəyik: "Həm erməni həm də azərbaycanlı dostlarımız var. Gürcüstan bölgəmizdəki hər hansı bir münaqişənin yalnız danışıqlar yolu ilə həll olunmasında birbaşa maraqlıdır. Biz bunun üçün hər şey edə bilərik və hazırıq".
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026