13:06 - 14.12.2017
14 dekabr, Fineko/abc.az. Cəbhə xəttində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu şəhid olub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında deyildiyi kimi, hərbi qulluqçu, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olub.
“Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu şəhid olub”, - Müdafiə Nazirliyinin məlumatında belə deyilir.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026