Türkiyə vətəndaşları Azərbaycanda yeni şirkətlər yaradıblar

15:55 - 21.10.2026


21 oktyabr, Fineko/abc.az. Azərbaycanda qanuni təmsilçiləri Türkiyə vətəndaşları olan bir sıra yeni məhdud məsuliyyətli cəmiyyətlər dövlət qeydiyyatına alınıb.

2026-cı ilin iyul ayında qeydiyyata alınan həmin şirkətlərin nizamnamə kapitalı 10 manatla 51 min manat arasında dəyişir.

Siyahıda ən yüksək nizamnamə kapitalına malik olan subyektlər Aykaç Ferhatın rəhbərlik etdiyi “Era Mobilya” MMC və Caba Sezai Cannın təmsil etdiyi “Can Montana Consultancy” MMC-dir.

Digər irikapitallı şirkətlər sırasına Barut Hasanın qanuni təmsilçisi olduğu “Er Group Beauty Salon” MMC, Memis Ahmetin idarə etdiyi “Texnova Textile” MMC, Haybat Huseyin tərəfindən təmsil olunan “Haybat Kozmetik İthalat ve İhracat” MMC, Gürbüz Devrimin rəhbərlik etdiyi “Delta Medical Support” MMC, Guven Fatih Yusufun təmsilçiliyi altındakı “Güven Tour Group” MMC, Tuğyıldız Bereketin rəhbərlik etdiyi “Leo Group Global” MMC və Varkan Gulcanın təmsil etdiyi “Gulcan Sport Academy” MMC daxildir.

Bunlarla yanaşı, Buyukfirat Muhammed Alinin qanuni təmsilçisi olduğu “Lumi Coffee” MMC, Mamak Nurullahın rəhbərlik etdiyi “Mimoza Deri” MMC, Doymaz Yeliz tərəfindən təmsil olunan “Doymaz Family Group” MMC və Özdemir Sebahattinin idarə etdiyi “Atlas Arazi Geliştirme” MMC də dövlət qeydiyyatından keçib.

Siyahını Kucukali Mustafanın qanuni təmsilçisi olduğu “Araz Yapı İnşaat və Mühəndislik” MMC ilə “Kam Yapı İnşaat və Mühəndislik” MMC və Kobal Ali Faikin rəhbərlik etdiyi “Mastro Azerbaijan” MMC tamamlayır.