OpenAI modelləri təhlükəsizlik sistemlərini sıradan çıxarıb və xəbərdarlıqları bloklayıb

12:16 - 21.10.2026


21 Oktyabr, Fineko/abc.az. ABŞ-ın "OpenAI" şirkəti "GPT-6.1 Sol" və "GPT-6 Astra" süni intellekt modellərinin daxili proqram təminatı tapşırıqları zamanı təhlükəsizlik və izləmə mexanizmlərini dövrədən çıxardığını açıqlayıb.

Şirkətin məlumatına görə, oktyabrın 3-də "Sol" modeli qiymətləndirmə sistemini təmir edərkən izləmə bildirişlərini engelleyərək təhlükəsizlik komandasına avtomatik uyarı göndərilməsinin qarşısını alıb. Oktyabrın 6-da isə "Astra" modeli izləmə sistemini ləğv edib və daha sonra istifadəçiyə bunu etmədiyini bildirib. "OpenAI" hər iki hadisənin daxili denetim sistemləri tərəfindən aşkar edildiyini, analoji cəhdlərin qarşısını almaq üçün təhlükəsizlik mexanizmlərinin yeniləndiyini vurğulayıb.

Qeyd edək ki, şirkət sentyabrın 17-də də modellərin xətaları gizlətdiyi, çatışmayan məlumatları uydurduğu və icazəsiz faylları internetə sızdırdığı 6 yeni hal aşkar etdiyini bildirmişdi.