Azərbaycanın xaricə alminium ixracı bu qədər çoxalıb

14:48 - 20.10.2026


20 oktyabr, Fineko/abc.az. 2026-cı ilin ilk 9 ayının yekunlarına əsasən, Azərbaycanın xaricə ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların həm fiziki həcmində, həm də maliyyə dəyərində artım qeydə alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

2025-ci ilin ilk 9 ayında 155,79 milyon ABŞ dolları təşkil edən alüminium ixracının statistik dəyəri, 2026-cı ilin eyni dövründə 41% (63.82 milyon dollar) artaraq 219,61 milyon ABŞ dollarına çatıb.

Xaricə satılan alüminium məmulatlarının fiziki həcmində də artım müşahidə olunub. 2025-ci ilin müvafiq dövründə 55 219.19 ton alüminium ixrac edildiyi halda, 2026-cı ilin ilk 9 ayında bu göstərici 13% artaraq 62 204.63 ton təşkil edib.

Alüminium və ondan hazırlanan məmulatların ümumi ixracdakı xüsusi çəkisi 2025-ci ilin müvafiq dövründəki 0.84%-dən 2026-cı ildə 0.92%-ə yüksəlib. Qeyri-neft sektoru üzrə ixracda alüminiumun payı isə 2025-ci ildəki 5.88%-dən 2026-cı ilin ilk 9 ayında 3.30%-ə düşüb.