14:58 - 16.10.2026
16 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 2 130,2 manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Bu göstərici dövlət sektorunda 1 908,6 manat, özəl sektorda isə 2 260,9 manat olub.
2025-ci ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12,7 %, o cümlədən dövlət sektorunda 18,6 %, özəl sektorda isə 8,5 % artıb.
2026-cı il sentyabr ayının 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,1 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 0,3 % azdır.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026