Airbus: Avropa və MDB regionunda 8 mindən çox yeni təyyarəyə ehtiyac yaranacaq

16:30 - 15.10.2026


15 Oktyabr, Fineko/abc.az. Təyyarə istehsalçısı "Airbus" şirkətinin yeni "Qlobal Bazar Proqnozu" (GMF) hesabatına əsasən, 2045-ci ilə qədər Avropa və MDB regionunda hava daşımalarının həcmi iki dəfə artacaq.

Bu artımı qarşılamaq üçün regiona 8 190 yeni sərnişin təyyarəsinin (6 690 təkkeçidli və 1 500 genişgövdəli) tədarük edilməsi tələb olunacaq.

Şirkətin hesabatında həmçinin qeyd olunur ki, 2035-ci ilə qədər regiondakı təyyarə parkının 82%-i yeni nəsil təyyarələrdən ibarət olacaq ki, bu da yanacaq səmərəliliyini və ekoloji göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.